12 
Yan
2021
11:55
623

Qardabanidə qanunsuz balıq tutan şəxslər saxlanıldı

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları Qardabanidə qanunsuz balıq ovu faktını aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, iki vətəndaş Qardabani Bələdiyyəsinin Qaçiani kəndi yaxınlığında qayıq və elektroşok cihazı ilə balıq tuturmuş.

"Hüquq-mühafizə orqanları 2.5 kq fərqli balıq növləri tapıblar. Ətraf Mühitin Mühafizəsi Departamentinin Kvemo Kartli Regional Bölməsinin əməkdaşları qanunsuz yolla əldə edilmiş balıq, qayıq və şok cihazını əllərindən alaraq möhürləmişdir. Brakonyerliklə mübarizə bölmə üçün prioritetdir. Agentlikdə bu məqsədlə müvafiq qanunvericilik təşəbbüsləri hazırlanır. Qeyri-qanuni balıq ovunun qarşısının alınmasını təmin edəcək mövcud qaydaların sərtləşdirilməsi planlaşdırılır ", - deyə agentliyin yaydığı açıqlamada deyilir.

Bizimlə əlaqə saxlayın