12 
Mar
2020
11:51
2658

Daha dörd ölkədən Gürcüstana gələnlərin ölkəyə girişi sərtləşdirildi

“Gürcüstan Almaniya, Fransa, Avstriya və İspaniyadan gələn şəxslərin ölkəyə daxil olmasını sərtləşdirib”.

InterPress.ge xəbər verir ki, bu baraədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında bildirib.

Qeyd olunan ölkələrdən gələn Gürcüstan vətəndaşları 14 günlük karantin müddətindən keçməli olacaqlar. Xarici ölkə vətəndaşları isə, sağlıq barədə sənəd təqdim etməlidirlər və yaxud onlar da karantindən keçməlidirlər.

G.Qaxaria qeyd edib ki, Çin, Cənubi Koreya və İtaliyadan Gürcüstana gələn şəxslər üçün məhdudiyyətlər artıq qüvvədədir.

Bizimlə əlaqə saxlayın