1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
09 
Mat
2020
10:49
1389

Gürcüstanda meşə yanğınının miqyası genişlənib - Helikopter və 120 yanğınsöndürən cəlb olunub

Gürcüstanın Ozurgeti rayonunun Vakijvari kəndi yaxınlığında başlayan meşə yanğınının miqyası genişlənib.

InterPress ə.ge xəbər verir ki, yanğınsöndürmə işlərinə Quria, Acarıstan və Samegrelo-Zemo Svaneti rayonlarından cəlb edilən yanğınsöndürənlərin sayı 120-yə çatdırılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin iki helikopteri də yanğınsöndürmə işlərinə cəlb edilib.

Qeyd edək ki, ötən gecə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze yanğının 10 hektarlıq əraziyə yayıldığını bildirib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri