1 USD =3.319 GEL 1 EUR =3.972 GEL 1 AZN =1.952 GEL 1 TRY =0.423 GEL 1 RUB =4.363 GEL
22 
Noy
2020
12:30
889

Gürcüstanda aşkar edilən yeni koronavirus hallarının hası bölgələrdən olduğu açıqlandı

Son 24 saat ərzində virusun yeni təsdiqlənmiş 4048 halı müəyyən edilmişdir.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumətin mətbuat xidməti məlumat yayır.

Verilən məlumata görə, ölkədə Kovid-19 pandemiyasının yayılmasından bəri təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 104.732-dir.

"Sağalan insanların böyüməsi baxımından hələ də müsbət bir dinamikanı qoruyuruq. Xüsusilə, son 24 saat ərzində 3.856 nəfər sağalıb və sağalanların ümumi sayı 85.639-a yüksəldi.

Təəssüf ki, son 24 saat ərzində 49 yeni koronavirus ölümü hadisəsi qeydə alınıb. Tbilisidə-24, Acariyada-13, İmeretidə-7, Sameqrelo-Zemo Svanetid-1, Kvemo Kartlidə-3, Şida Kartlidə-1 ölüm halı aşkarlanmışdır.

Bu gün aşkar edilmiş 4048 yeni infeksiya halındanpaytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi-1602, Acarıstan - 447, İmereti - 772, Kvemo Kartli - 223, Şida Kartli - 241, Quria - 114, Sameqrelo - Zemo Svaneti - 389, Kaxeti - 164, Mçxeta-Mtianeti - 48, Samçxe-Cavaxeti - 44, Raca-Leçxumi və Kvemo Svaneti - 4",- deyə mətbuat xidmətindən məlumat verilir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri