1 USD =3.319 GEL 1 EUR =3.972 GEL 1 AZN =1.952 GEL 1 TRY =0.423 GEL 1 RUB =4.363 GEL
21 
Noy
2020
20:27
655

Gürcüstanda qəza baş verib - 1 nəfər həyatını itirib

Laqodexi Bələdiyyəsinin Apeni kəndində qəza baş verib.

InterPress.ge xəbər verir ki, baş verən qəza nəticəsində bir piyada həyatını itirib.

Yerli sakinlər, kişinin yolu keçməyə çalışarkən yük maşını tərəfindən vurulduğunu söyləyib.

Hadisə yerinə gələn təcili yardım maşını kişinin öldüyünü aşkar edib.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Hadisə üzrə istintaq Cinayət Məcəlləsinin insan təhlükəsizliyi və ya nəqliyyat vasitəsinin istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 6-cı hissəsinə əsasən başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri