1 USD =3.319 GEL 1 EUR =3.972 GEL 1 AZN =1.952 GEL 1 TRY =0.423 GEL 1 RUB =4.363 GEL
21 
Noy
2020
16:52
890

Bu gün koronavirusa yoluxanların və vəfat edənlərin haradan olduqları açıqlandı

"3,824 yeni koronavirus yoluxmasından 1247-si Tbilisidə, 742-si Acarıstanda və 609-u İmeretidə aşkar edildi".

InterPress.ge xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sicinava Hökumət İdarəsində keçirilən brifinqdə bildirib.

“Bu günə olan məlumata görə, son 24 saat ərzində 3 824 yeni təsdiqlənmiş virus infeksiyası halı aşkar edilmişdir. Ölkədə Kovid-19 pandemiyasının yayılmasından bəri təsdiqlənmiş yoluxmaların ümumi sayı 100684-dür.

Sağalan insanların böyüməsi baxımından hələ də müsbət dinamikanı qoruyuruq. Xüsusilə, son 24 saat ərzində 3 851 nəfər sağaldı və sağalanların ümumi sayı 81.783-ə yüksəldi.

Təəssüf ki, son 24 saat ərzində koronavirusdən 33 nəfər vəfat edib. Bunlardan 17-si Tbilisidə, 5-i Acariyada, 8-i İmeretidə, biri Sameqrelo-Zemo Svanetidə, biri Kvemo Kartlidə və biri Mçxeta-Mtianetidə qeydə alınıb.

Bu gün aşkar edilən 3 824 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisidə-1247, Acarıstanda-742, İmeretidə-609, Kvemo Kartlidə-214, Şida Kartlidə-197, Quriada-157, Sameqrelo və Zemo Svanetidə-319, Kaxetidə - 150, Mçxeta-Mtianetidə - 96, Samçxe-Cavaxetiyada - 63, Raca-Leçxumi və Kvemo Svanetidə - 30”,-dedi Sicinava.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri