1 USD =3.319 GEL 1 EUR =3.972 GEL 1 AZN =1.952 GEL 1 TRY =0.423 GEL 1 RUB =4.363 GEL
21 
Noy
2020
11:28
901

Gürcüstanda koronavirusa yenə REKORD yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 824 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 100 684 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 851 sağalma qeydə alınaraq 81 783 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 33 nəfər ölüb və ölənlərin ümumi sayı 927 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri