1 USD =3.319 GEL 1 EUR =3.972 GEL 1 AZN =1.952 GEL 1 TRY =0.423 GEL 1 RUB =4.363 GEL
20 
Noy
2020
19:52
1420

MBC binasına hücum edən şəxs girovları güldürür - VİDEO

Yayımlanan videogörüntülərə görə, mikromaliyyə təşkilatına təcavüz edən şəxs böyük ehtimalla ayıq vəziyyətdə deyil.

InterPress.ge xəbər verir ki, o binadakı insanlara təcavüz göstərmir, onları qorxutmağa çalışmır.

Kadrlarda da göründüyü kimi, təcavüzkarın tələbləri, eləcə də danışıq tərzi hadisə yerindəki insanları güldürür. Bununla birlikdə, videoya görə, təcavüzkar, kobud ifadələri üçün mikromaliyyə təşkilatında olanlardan da üzr istəyir.

Xatırladaq ki, mikromaliyyə təşkilatına girən gəncin tələblərini adlandırdığı video girovlardan biri tərəfindən çəkilib və yayımlanıb. Silahlı hücumda günahlandırılan şəxs millət vəkillərindən parlamentə girmələrini və üç qanun qəbul etmələrini tələb edir.

Tələblərə əsasən, qanunverici orqan ölkədə azart oyunların qadağası, kredit üzrə faizlərin 7%-dək endirilməsi və medikamentlərin qiymətlərinin aşağı salınması barədə qərarlar qəbul etməlidir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri