1 USD =3.314 GEL 1 EUR =3.947 GEL 1 AZN =1.949 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.383 GEL
20 
Noy
2020
18:16
1169

SON DƏQİQƏ! Mikromaliyyə binasına hücum olub, doqquz nəfər girov götürülüb - FOTO

"Cereteli prospektindəki MBC binasında doqquz girov və bir silahlı şəxs var".

InterPress.ge xəbər verir ki, bu barədə Patrul Polis Xidmətinin rəisi Vaja Siradze açıqlama verib.

"Cereteli prospektindəki mikromaliyyə təşkilatlarından birinə silahlı hücum olub. Polis hadisə yerinə cəlb olunub. Əldə olan məlumata görə, mikromaliyyə təşkilatında doqquz girov və bir silahlı şəxs var. Soyğunçuluq və qanunsuz olaraq odlu silah gəzdirmə faktı ilə bağlı istintaq başladılıb. Silahlanmaya gəlincə, bu mərhələ üçün sizə dəqiq məlumatlar verə bilmirik ”,-dedi Vaja Siradze.

Eyni zamanda, patrul polisinin rəisi medianı hadisə yerində canlı yayımını dayandırmağa çağırıb.

"Həm medianın, həm vətəndaşların, həm də hüquq-mühafizə orqanlarının işçilərinin həyatını təhlükəyə atıldığı üçün canlı yayımın dayandırılmasınl xahiş edirəm. Tələblərə və bütün ətraflı məlumatlara gəldikdə, sizə addım-addım təqdim edəcəyik. Bu mərhələ üçün bir tədbir davam edir, buna görə də canlı yayımlar etməməyinizi və dəqiqləşdirilməyən məlumatları yaymamağınızı xahiş edirik”,-dedi Vaja Siradze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri