1 USD =3.314 GEL 1 EUR =3.942 GEL 1 AZN =1.949 GEL 1 TRY =0.416 GEL 1 RUB =4.381 GEL
20 
Noy
2020
11:39
825

Bu gün Gürcüstanda koronavirusa yoluxan 3768 nəfərin haradan olduqları açıqlandı

“3768 yeni koronavirus youxması halından 1443-ü Tbilisidə, 676-sı Acariyada, 541-i İmeretidə aşkar edilmişdir”.

InterPress.ge xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sicinava, Hökumət İdarəsində keçirilən brifinqdə bildirib.

“Bu günə olan məlumata görə, son 24 saat ərzində 3768 yeni təsdiqlənmiş virusa yoluxma halı aşkarlanıb. Ölkədə Kovid 19 pandemiyası baş verdikdən sonra təsdiqlənmiş yoluxmaların ümumi sayı 96860-dır.

Sağalan insanların böyüməsi baxımından hələ də müsbət dinamikanı qoruyuruq. Xüsusilə son 24 saat ərzində 4055 nəfər sağaldı və sağalanların ümumi sayı 77 932-ə yüksəldi”,- dedi Sicinava.

Onun sözlərinə görə, son 24 saat ərzində 41 yeni koronavirusdan ölümü halı qeydə alınıb.

“Bunlar arasında - Tbilisidə 19, Acariyada 5, İmeretidə 12, Kvemo Kartlidə 2, Mçxeta-Mtianetidə 3 ölüm faktı qeydə alınmışdır.

Bu gün aşkarlanan 3768 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisidə-1443, Acarıstanda-676, İmeretidə- 541, Kvemo Kartlidə-183, Şida Kartlidə- 165, Quriada-52, Sameqrelo-Svanetidə- 363, Kaxetidə - 130, Mçxeta-Mtianetidə - 96, Samçxe-Cavaxetiyada - 95, Raca-Leçxumi və Kvemo Svanetidə - 24”,- dedi Sicinava.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri