1 USD =3.314 GEL 1 EUR =3.942 GEL 1 AZN =1.949 GEL 1 TRY =0.416 GEL 1 RUB =4.381 GEL
20 
Noy
2020
11:00
720

Gürcüstanda koronavirusa yoluxanların və sağalanların sayı REKORD VURDU

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 768 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 96 860 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 4 055 sağalma qeydə alınaraq 77 932 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 41 nəfər ölüb və ölənlərin ümumi sayı 894 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri