1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
20 
Noy
2020
07:31
688

Rustavidə 7-ci mərtəbədən yıxılaraq ölən uşağın kimliyi məlum olub - VİDEO

Rustavinin 19-cu mikrorayonunda faciəvi şəkildə ölən uşaq, bir yaş səkkiz aylıq Toma Malaniadır. Uşağın atası Zuqdididən, anası Rustavidəndir.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin dediyinə görə, ailə azyaşlının düşdüyü mənzildə kirayə yaşayırlarmış.

Xəbər agentliyinin çəkdiyi görüntülərdə mənzilin eyvanının qoruyucu hissəsi olmadığı açıq şəkildə görünür, baxmayaraq ki, hələlik heç kim qəzanın dəqiq şərtləri barədə danışa bilmir.

19-cu mikrorayon sakinləri səs-küy eşitdikdən sonra çölə baxdıqlarını söyləyiblər.

"Ana birinin avtomobilini saxladı və uşağı klinikaya apardı",- deyə yerli sakinlər bildiriblər.

Həkimlər uşağın təcili əməliyyat olunduğunu, ancaq onu xilas edə bilmədiklərini bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri