1 USD =3.314 GEL 1 EUR =3.942 GEL 1 AZN =1.949 GEL 1 TRY =0.416 GEL 1 RUB =4.381 GEL
19 
Noy
2020
22:50
3370

Gürcüstanda gələn həftə bu məhdudiyyətlər tətbiq oluna bilər

"Gələn həftədən etibarən ictimai nəqliyyatda və böyük ticarət mərkəzlərində məhdudiyyətlər tətbiq oluna bilər".

InterPress.ge xəbər verir ki, bu barədə məlumat allergist-immunoloq Bidzina Kulumbeqov tərəfindən təsdiqlənib.

Kulumbeqovun sözlərinə görə, Baş nazir Qiorqi Qaxaria ilə görüşdə məhdudiyyətlər müzakirə edildi, buna baxmayaraq konkret qərar vermə üçün daha bir görüş keçiriləcək.

"Bəli, təsdiq edirəm. Baş nazirlə görüşdüm və bizə gələn həftə yenidən zəng edə biləcəklərini dedilər. Tapşırıq hətta maliyyə nazirinə və baş nazirin müavininə də verildi, amma paketin nə olduğu, hazırlanma prosesi, dəqiq məlumatlar səsləndirilmədi, amma bu reallaşacaq. Ən qısa müddətdə çox vaxt itirməməyimiz tövsiyəmiz idi. Çünki bu gün və sabah bu qərar səhiyyə biraz nəfəs alması üçün qəbul edilməlidir",- dedi Kolumbeqov./report/

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri