1 USD =3.314 GEL 1 EUR =3.942 GEL 1 AZN =1.949 GEL 1 TRY =0.416 GEL 1 RUB =4.381 GEL
19 
Noy
2020
11:04
908

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 697 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 93 092 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 409 sağalma qeydə alınaraq 73 877 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 38 nəfər ölüb və ölənlərin ümumi sayı 853 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri