1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
29 
Fev
2020
11:30
1419

Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: "21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq".

Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb.(report)

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri