1 USD =3.227 GEL 1 EUR =3.827 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.412 GEL 1 RUB =4.187 GEL
18 
Okt
2020
11:16
980

Gürcüstanda koronavirusa yoluxma sayı yenə REKORD VURDU

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1197 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 17477 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 233 sağalma qeydə alınaraq 8060 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 6300 nəfər karantində saxlanılır.

Qeyd edək ki, bu gün daha 8 nəfər koronavirusdan vəfat edib və ümumi say 136 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri