1 USD =3.227 GEL 1 EUR =3.827 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.412 GEL 1 RUB =4.187 GEL
18 
Okt
2020
09:11
472

Saqareco bələdiyyəsində gənc oğlan saxlanıldı

Kaxeti bölgəsinin Saqareco bələdiyyəsində zorakılıq ittihamı ilə 2001-ci il doğumlu vətəndaş saxlanılıb.

Bu barədə InterPress.ge-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

"İstintaqla təsdiq olundu ki, müttəhim cari ilin 16 oktyabr tarixində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 2002-ci il doğumlu həmkəndlisinə təhqiramiz ifadələr işlədərək ona fiziki təzyiq edib. Polis onu artıq saxlayıb.

Faktla bağlı polis tərəfindən sorğu keçirilib. Müvafiq ekspertiza təyin edilib və hadisədə təxmini iştirak edən digər cinayətkarların axtarışı üzrə istintaq davam edir", - DİN-dən bildirilir.

Nazirlikdən verilən məlumata görə, istintaq qrup halında şiddət faktı üzrə Gürcüstan cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima maddəsinin "B" altpunktu ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri