1 USD =3.22 GEL 1 EUR =3.814 GEL 1 AZN =1.894 GEL 1 TRY =0.405 GEL 1 RUB =4.217 GEL
16 
Okt
2020
11:06
627

Gürcüstanda koronavirusa yüzlərlə yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 887 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 15327 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 246 sağalma qeydə alınaraq ümumi say 7613 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunur ki, koronavirusdan daha 11 nəfər vəfat edib və ölənlərin ümumi sayı 124 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri