1 USD =3.22 GEL 1 EUR =3.814 GEL 1 AZN =1.894 GEL 1 TRY =0.405 GEL 1 RUB =4.217 GEL
15 
Okt
2020
17:57
615

Marina Endeladze:"Koronavirusa yoluxma hallarının artımından sonra..."

Gürcüstanda koronavirusun yoluxma hallarının artımından sonra epidemioloqlar tərəfindən verilən tövsüyyələrə riayət etmək çox vacibdir.

İnterPress.ge xəbər verir ki, bu haqda Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladzenin açıqlama verib.

Onun sözlərinə görə, səhiyyə sistemi epidemioloji vəziyyəti hələ ki idarə etmək gücündədir.

"Mövcud epidemioloji vəziyyətdən irəli gələrək artıq küçədə belə maska taxmaq çox önəmlidir. Çünki virusdaşıyıcısı ilə yaxın təmasda ola bilərsiniz. Maskadan istifadə etmək bu dərəcədə vacibdir. Görürsünüz ki, səhiyyə sistemi mövcud epidemioloji vəziyyəti hələ ki idarə etmək gücündədir. Bir çox xəstə ilə ünsiyyətdə oluram və narazı qalan xəstələrimiz yoxdur. Hal hazırda ehtiyatlarımız var və ümid edirəm ehtiyatımız yenədə olacaq. Ciddi koordinasiya işləri həyata keçirilir. Dövlət, səhiyyə və epidemioloqlar prosesə cəlb olunublar. Qeyd edim ki, süni nəfəs aparatları kifayət qədərdir və bu yöndən heç bir problem mövcud deyil. Məndə olan məlumata görə bütün stasionar bölmələrə süni nəfəs aparatları əlavə edilib və düşünürəm ki bu yöndən heç bir problem yaşanmayacaq "- dedi Marina Endeladze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri