1 USD =3.227 GEL 1 EUR =3.827 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.412 GEL 1 RUB =4.187 GEL
15 
Okt
2020
15:04
2757

Rustavi-Tbilisi magistral yolunda xüsusi əməliyyat - saxlanılanlar var

Rustavi-Tbilisi magistral yolunda xüsusi əməliyyat keçirilib.

InterPress.ge-nin "Info Rustavi" yə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları Rustavi-Tbilisi magistral yolunda 2 avtomobildə axtarış aparıblar.

Məlumata görə, nəqliyyat vasitələrindən külli miqdarda narkotik maddə çıxarılıb.

Eyni zamanda, 2 nəfərin saxlanıldığı bildirilir.

Daxili İşlər Nazirliyi əməliyyatın narkotik cinayətilə əlaqəli olduğunu təsdiqləyib, lakin nazirlik əlavə təfərrüatlardan danışmır.

Qeyd: Foto reallığı əks etdirmir

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri