1 USD =3.22 GEL 1 EUR =3.814 GEL 1 AZN =1.894 GEL 1 TRY =0.405 GEL 1 RUB =4.217 GEL
15 
Okt
2020
14:33
606

Baş nazir: "Yaxın günlərdə  yoluxma 1000-i keçəcək"

"Bu gün rekord bir yoluxma sayına sahibik və yaxın günlərdə 1000-i keçəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bildirib.

Onun bildirdiyinə görə, sərt məhdudiyyətlər və bağlama istisna olmaqla, epidemiyanı dayandırmağın sürətli bir yolu yoxdur.

"Bu gün Gürcüstanda rekord sayda 919 virusa yoluxma halı var və bu da əlbəttə ki, ciddi bir rəqəmdir və görünür ki, yaxın günlərdə yoluxma sayında 1000-i keçəcəyik və hamımız anlamalıyıq ki, sərt məhdudiyyətlər və bağlanmaq xaricində epidemiyanı sürətlə dayandırmağın yolu yoxdur", - dedi Qaxariya

Məlumat üçün bildirək ki, son bir gün ərzində Gürcüstanda 919 yeni koronavirus halı aşkar edilmiş və yoluxmuş insanların sayı 14440-a yüksəlib o cümlədən paytaxt Tbilisidə 366 yoluxma halı qeydə alınıb. Son 24 saat ərzində 4 xəstə dünyasını dəyişdi . Ümumilikdə 113 nəfər həyatını itirib . 208 xəstə sağalıb və ümumilikdə ağalanların sayı 7367 nəfər təşkil edir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri