1 USD =3.22 GEL 1 EUR =3.814 GEL 1 AZN =1.894 GEL 1 TRY =0.405 GEL 1 RUB =4.217 GEL
15 
Okt
2020
11:20
1374

Gürcüstanda koronavirusa ŞOK yoluxma sayı qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 919yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 14 440 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 208 sağalma qeydə alınaraq ümumi say 7367 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunur ki, koronavirusdan daha 4 nəfər vəfat edib və ölənlərin ümumi sayı 113 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri