1 USD =3.325 GEL 1 EUR =3.984 GEL 1 AZN =1.956 GEL 1 TRY =0.427 GEL 1 RUB =4.37 GEL
14 
Okt
2020
18:29
2160

Mərkəz rəhbəri toylarla bağlı çağırış etdi

“Koronavirusun yayılmasının qarşısını almaq üçün maska taxmaqla yanaşı geniş miqyaslı toy və mərasim günləri də daxil olmaqla böyük toplantılardan çəkinməyə çağırıram

İnterPress.ge xəbər verir kİ, bu haqda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze xalqa müraciət edib.

Amiran Qamğrelidzenin açıqlamasına görə, maska taxmaq, yoluxma riskini 50 - 75% arasında azaldır, bu səbəbdən də xalqa açıq məkanlarda maska taxmağı məsləhət görürük.

"Dünən ən yüksək reytinqli jurnallardan yeni məlumatlar toplamışam. Ən yaxşı qoruma vasitəsi maska taxmaqdır. Bu günki gündə məsafə saxlamağın mümkün olmadığı yerlərdə, həm qapalı, həm də açıq məkanlarda taxmaq vacibdir. Yenə də hər kəsi bu soyuq dövrdə açıq məkanlarda maska taxmağa çağırıram. Maska taxdıqda infeksiyanın yayılma riski 50 - 75% azalır. Maska taxmaq, məsafə saxlamaq lazımdır və xahiş edirəm böyük toplantılardan çəkinin, bir müddət izdihamlı yığıncaqlar olmasın. 1 il bu qaydalara riayət edək, Normal dövrə geri qayıdacağıq, ancaq əvvəlcə bu dövrü keçməliyik"- dedi A. Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri