1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
14 
Okt
2020
17:56
239

Ölkədə koronavirus faktı aşkarlandıqdan bu günədək neçə PCR testi aparılıb ? - AÇIQLAMA

“Ölkədə koronavirus faktı aşkarlandıqdan bu günədək bütünlükdə 784 000 PCR test aparılıb.

İnterPress.ge xəbər verir ki, bu haqda Amiran Qamğrelidze Qurumlararası Koordinasiya Şurasının iclası bitdikdən sonra baş tutan brifinqdə qeyd edib.

Onun sözlərinə görə, təcili tibbi yardım xidmətində işləyən həkimlər hər 72 saatdan bir PCR test keçirilər.

Qamğrelidzenin açıqlamasına görə, epidemioloji vəziyyət gərginləşməyə doğru gedir. İkinci dalğa başlayıb. Vəziyyət sayca güclü, ağırlığa nəzərən isə yüngüldür.

"Ölkədə koronavirus aşkarlandıqdan bu günədək bütünlükdə 784 000 PCR test aparılıb. Son günlərin statistikasında 8000,son 1 ayda 8500, dünən isə 7532 test aparılıb. Qeyd edim ki, test rejiminə müəyyən dəyişikliklər edilib. Beləki, həmkarlafımın böyük komandası müdaxilə edirlər. Bütün tibb işçiləri 2 həftədən bir,, covidklinikalarda işləyən tibb işçiləri isə həftədə 1 dəfə, təcili tibbi yardım işçiləri isə hər 72 saatdan bir testdən keçəcəklər. Bu müddət ərzində PCR testin müsbət halları 1.82%-dir. Son 2 həftə ərzində statistika 6%ə yüksəlib bu isə yüksək göstəricidir. Acarada isə müsbət cavab 22 %-zi, İmeretidə 7%, Tbilisidə isə hələlik 4% təşkil edir.

Qısacası yekun statistik göstəricilərə görə ölkədə epidemioloji vəziyyət gərginləşir. İkinci dalğa başlayıb. Vəziyyət sayca gücle, ağırlığa nəzərən isə yüngüldür. Yüngül və əlamətlərsiz virusdaşıyıcıları daha çoxdur"- dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri