1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
05 
Okt
2020
20:02
1088

Marneuli və Bolnisidə saxlanan şəxslər haqda məhkəmə qərar qəbul edib

Bolnisi Rayon Məhkəməsi Prokurorluğun vəsatətini qismən təmin etdi və Vahid Milli Hərəkat partiyasının fəalı Laşa Kveladzeyə 3000 lari, Arif Yusifova isə 4000 lari girov qərarı verdi.

InterPress.ge xəbər verir ki, Prokurorluq hər iki müttəhim üçün 5 min lari girov tələb edirdi.

Laşa Kveladzenin vəkili heç bir həbs-qətimkan tədbiri olmadan sərbəst buraxılmasını tələb edirdi. Laşa Kveladze rəsmi olaraq Gürcüstanın Cinayət Məcəlləsinin 120-ci (sağlamlığa qəsdən yüngül zərər vurma) və 162-ci (seçki məntəqəsində, seçki komissiyasının yerləşdiyi ərazidə və ya onların yaxınlığında zorakılıq, seçkiqabağı təşviqat və ya təşviqat zamanı şiddət və ya zorakılıq təhdidi) maddəsi ilə ittiham olunur.

Arif Yusufovun vəkili də onun barəsində həbs qətimkan tədbiri görülmədən sərbəst buraxılmasını tələb edib. Yusufov Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi ilə konkret şəxsə qarşı zorakılıq maddəsi ilə ittiham olunur.

Hər iki müttəhim girov ödədikdən sonra nəzarətdən azad ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri