1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
30 
Sen
2020
17:42
1070

Gürcüstanda abort qadağan edilə bilər

Gürcüstanda abort qadağan edilə bilər və cinayət məsuliyyəti tətbiq oluna bilər.

InterPress.ge xəbər verir ki, müvafiq qanunvericilik təklifi millət vəkili Aleksandre Erkvaniaya məxsusdur.

Layihəyə görə, dəyişiklik Ana bətnində olan uşaqların həyatlarını qorumaq, doğum nisbətini artırmaq, qadınları fiziki və ya zehni ağırlıqlardan qorumaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədini daşıyır .

Təklif olunan qanun layihəsinə görə, hamiləliyin dayandırılması, ananın həyatını təhlükəyə atacağı təqdirdə icazə veriləcək. Qanunvericilik təşəbbüsünə görə, hamiləliyin dayandırılması təsdiqlənmiş müvafiq bir tibb müəssisəsində həyata keçirilməlidir, başqa halda qanun layihəsi hamiləliyin könüllü şəkildə dayandırılmasını qadağan edir.

Layihəyə görə, bütün digər hallarda hamiləliyin könüllü şəkildə dayandırılması qadağandır və qanunu pozacaq olan şəxs cinayət məsuliyyəti ilə cəzalandırılacaq.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri