23 
Fev
2020
10:45
1964

Gürcüstanda siqaret bahalaşır? Gürcüstan Maliyyə Nazirliyi aksiz vergi qiymətlərindən danışdı

Gürcüstan Maliyyə Nazirliyi yaxın gələcəkdə tütün məhsullarının aksiz dərəcəsini artırmaq niуyətində deyil.

InterPress.ge xəbər verir ki, bu barədə şöbə müdirinin müavini Laşa Xutsişvili məlumat verib.

Tütün məhsullarına aksiz vergi dərəcəsinin artırılması Gürcüstan və Aİ arasında imzalanmış Assosiasiya Sazişinin bəndlərindən biridir.

"Əvvəlcə Gürcüstan üçün bu öhdəliyin yerinə yetirilməsi üçün son tarix 2022-ci ilə qədər təуin olundu. Bir çox amillər, o cümlədən regional konteкst və qeyri-qanuni ticarət riski nəzərə alınaraq, 2018-ci ildə Aİ ilə danışıqlar aparıldı və Gürcüstan üçün bu müddətin 2026-cı ilə qədər təxirə salınacağı razılaşdırıldı ", - Xutsishvili öz Facebook səhifəsində yazıb.

Eyni zamanda, o, altı il ərzində Gürcüstanda bir paкet siqaretin qiyməti 10-15 GEL olacağını bildirib.

"2022-ci ilə qədər siqaretin aksiz dərəcəsinin artırılması planlaşdırılmır", - Xutsişvili deyib.

Qeyd edək ki, siqaretin bahalaşmasına səbəb insanların siqareti tərk etməsi üçündür.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri