1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
25 
Sen
2020
12:31
892

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı

"Koronavirusun təsdiqlənmiş hallarından 165-i Acarada qeydə alınıb".

İnterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Onun bildirdiyinə görə, yoluxmanın aktiv 3 min halından, 17 xəstənin sağlamlıq durumu kritik ağırdır.

"Hal-hazırda 3 minədək aktiv yoluxma halımız var. Bunlardan 17 nəfərin vəziyyəti kritik ağırdır, qalanlarının vəziyyəti isə yüngül və orta yüngül qiymətləndirilir.
Yoluxmanın 165 halı ilə Acara liderlik etməkdə qalır, İmeretidə 27,Kaxetidə 6,Tbilisidə 43, Sameqrelo - Zemo Svanetidə 6,Samtsxe Cavaxetidə 4,Kvemo Kartlidə 3, Şida Kartlidə isə 2 hal aşkarlanıb.

Bizim stasionar bölməmizə gəlincə, 31 koronavirus daşıyıcımız müalicə alır, buradan 2 nəfərin vəziyyəti ağırdır ancaq ümid vericidir. Bir xəstə də qəbul etmişik, onun vəziyyəti yüngül və orta ağır qiymətləndirilir."- dedi M Endeladze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri