1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
23 
Sen
2020
12:10
736

Ponicalada 11 narkotik satıcısı saxlanılıb 

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Bölməsinin və Baş Prokurorluğun əməkdaşları Poniçalada 11 narkotik satıcısını yaxalayıblar

İnterPress.ge xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hakimin qərarı əsasında aşağıdakılar saxlanılıb:

1986-cı il təvəllüdlü N.A,

1973-cü il təvəllüdlü İ.A ,

1987-ci il təvəllüdlü K.A ,

1996-cı il təvəllüdlü A.G ,

1967-ci il təvəllüdlü D.F,

1976-cı il təvəllüdlü S.Q,

1999-cu il təvəllüdlü V.M,

1979-cu il təvəllüdlü V.A,

1971-ci il təvəllüdlü F.A,

1985-ci il təvəllüdlü R.N,

1999-cu il təvəllüdlü E.Q.

Onların sözlərinə görə, saxlanılanlar qanunsuz olaraq narkotik alma-saxlama-satmaqda ittiham olunurlar.

Hakimin qərarından sonra, hüquqmühafizə orqanları dəfələrlə şübhəli şəxslərdən "Heroin" narkotik vasitəsinin satın alıb və sözügedən alış-verişin gizli audio-video qeydinu həyata keçiriblər .

Məhbusların şəxsi və yaşayış evlərinə baxış keçirilərkən polis narkotik maddə "Heroin", pul və cib telefonlarını dəlil olaraq götürüblər .

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi, 3-cü hissənin "a" və "b" altbəndləri, dördüncü hissənin, 5-ci hissənin "a" və "b" altbəndləri və 6-cı hissənin "a" alt bəndləri ilə davam edir. "- Din-dən verilən açıqlamasında məlumatda bildirilir.

Cinayət 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur. İstintaq zamanı təqsirləndirilən şəxslərin sistemli şəkildə narkotik satdıqları məlum olub.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri