1 USD =3.214 GEL 1 EUR =3.806 GEL 1 AZN =1.892 GEL 1 TRY =0.425 GEL 1 RUB =4.282 GEL
16 
Sen
2020
12:08
237

Gürcüstan ən etibarlı turizm ölkələrindən biri oldu

Gürcüstan "yaşıl ölkə" statusunu qorumağı bacarır və bu gün beynəlxalq aləmdə ən etibarlı turizm ölkələrindən biridir və bu da böhrandan sonra iqtisadi inkişafın yeni bir mərhələsinə başlamağımızı təmin edir.

İnterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri Qiorqi Qaxaria Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) İcraçı Şuranın 112-ci iclasında çıxışı zamanı qeyd edib.

“Böhrandan sonrakı dövrdə dünya üçün ən əhəmiyyətli olan turizmin bərpası olacaq və turizm sektorunda təhlükəsizlik istiqamətində qazandığımız təcrübəyə əsaslanaraq öndə olmaq arzumuzdur. Böhrandan sonrakı dövrün Gürcüstan üçün turizm sektorunda bir fürsət olması lazımdır deyə düşünürük. Əminəm ki, həyata keçirdiyiniz bu səfər sizin üçün silinməz bir təəssürat olaraq qalacaq və tədbir uğurlu keçəcək” dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri