1 USD =3.214 GEL 1 EUR =3.806 GEL 1 AZN =1.892 GEL 1 TRY =0.425 GEL 1 RUB =4.282 GEL
16 
Sen
2020
09:43
2203

Gürcüstada yoluxma sayı artır, karantin tətbiq oluna bilərmi? - Professordan açıqlama

"Gürcüstanda koronavirus hallarının sayında artım gözlənilirdi".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze qeyd edib.

Çerçvadzenin bildirdiyinə görə, heç bir ölkənin virusu 8 ay ərzində çox aşağı səviyyədə saxlaması mümkün deyil.

Çerçvadze eləcə də, məhdudiyyətlərin qaldırılmasına, hərəkətliliyin artırılmasına, daxili turizmin aktivləşdirilməsinə və yoluxma sayının artmasına da diqqət çəkdi.

Bununla birlikdə, Çerçvadze mövcud vəziyyətdə yenidən sərt fövqəladə tədbirlərin elan edilməsinə və karantin rejiminin tətbiq olunmasına səbəbin olmayacağını düşünür.

"Koronavirusun hal artımı yaxşı deyil, amma gözlənilən idi. Heç bir ölkənin virusu 8 ay ərzində çox aşağı səviyyədə xüsusilədə məhdudiyyətlər tamamilə aradan qaldırılmış halda saxlaması mümkün deyil. Daxili turizm maksimum dərəcədə aktivləşdi. Əvvəllər təhlükənin keçdiyinə inanırdıq. Yaxşı bilirsiniz ki, son zamanlar qaydalara əvvəlki kimi riayət olunmur. Avropa və Amerikada, eləcə də bəzi ölkələrdə təkrar sərt karantin rejimini elan etməyi düşünürlər.


Səhiyyə Nazirliyi ilk bu vəziyyəti hazırlıqsız qarşıladı. İndi yataqların, həkimlərin, reanimasiya yataqlarının və tənəffüs aparatlarının sayı kifayət qədərdir. Bu günə qədər Gürcüstanda (məncə Gürcüstan bu baxımdan yeganə ölkədir) xəstənin bir neçə saat növbəyə durması baş verməyib. Bütün yoluxmuş insanların vaxtında xəstəxanaya yerləşdirilməsi və müalicə alması baş tutub ”, - deyə T. Çerçvadze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri