1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
15 
Sen
2020
10:14
3059

Pensionerlərə 200 lari yardım veriləcək mi ? - AÇIQLAMA

Tbilisi meriyasının və rayon icra hakimiyyətlərinin pensionerlərə 200 lari ilə yardım etdiyinə dair məlumatlar yayılır və bu məlumatları Tbilisi meriyası təkzib edərək əhalini şaiələrə, dezinformasiyalara inanmamağa çağırır.

İnterPress.ge xəbər verir ki, Tbilisi meriyasının açıqlamasına görə, bu cür yardım proqramı Tbilisi bələdiyyəsində yoxdur və yayılan məlumatlar cəmiyyəti çaşdırmaq məqsədi daşıyır.

Tbilisi meriyası ictimaiyyəti bu cür təsdiqlənməmiş məlumatlara inanmamağa çağırır.

“Yayılan məlumatlarla bağlı danışmaq istərdik, guya rayon rəhbərliyi də daxil olmaqla, Tbilisi bələdiyyəsi pensionerlərə 200 lari maddi yardım göstərir. Qeyd olunan məlumat tamamilə yalan və dezinformasiyadır. Bu şaiədən irəli gələrək bu gün səhərdən icra hakimiyyətinin servis xidməti binasənın önündə təqaüdçülərin növbələri kəsilmir. Onların açıqlamalarına görə yardım haqqında müxtəlif KİV-lər vasitəsilə məlumat aldıqlarını söyləyirlər. Tam məsuliyyətlə bildirmək istərdik ki, bu cür yardım proqramı Tbilisi bələdiyyəsində yoxdur “ Tbilisi bələdiyyəsindən bildirilir

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri