1 USD =3.325 GEL 1 EUR =3.984 GEL 1 AZN =1.956 GEL 1 TRY =0.427 GEL 1 RUB =4.37 GEL
14 
Sen
2020
12:50
1365

Tbilisi meriyası bu tələbələrin təhsil haqqını ödəyəcək

"150.000 və ondan aşağı balı olan sosial aztəminatlı ailələrində olan tələbə uşaqlarının 2020-2021 tədris ilinin payız semestri üçün maliyyələşdirmə Gürcüstan Hökumətinin 27 avqust 2020-ci il tarixli N536 saylı qərarına uyğun olaraq həyata keçiriləcək".

İnterPress.ge xəbər verir ki, bu haqda məlumatı Tbilisi meriyası yayır.

Onların məlumatına görə, sərəncam, eyni zamanda, sosial aztəminatlı tələbələrdən başqa Tbilisi bələdiyyəsinin proqramından müvəffəqiyyətli tələbələrə də aiddir.

Meriyadan verilən açıqlamaya görə, paytaxtda qeydiyyatdan keçmiş və sosial balı 70.000 və ondan aşağı olan doktorantura səviyyəsində təhsil alan və müvəffəqiyyətli tələbələri dəstəkləmək proqramı çərçivəsində maliyyəşəcəklər.

"2020-2021-ci tədris ilinin payız semestri üçün maliyyə proqramından yararlanmaq istəyən doktorant səviyyəsində təhsil alan sosiyal aztəminatlı tələbələr 14 sentyabrdan -30 noyabradək Tbilisi Bələdiyyəsi meriyasının dəftərxanasına (Şartava küçəsi N7) aşağıdakı sənədləri təqdim etməlidir:
A) Şəxsiyyət vəsiqəsinin surəti;
B) Sosial aztəminatlı ailələrin vahid məlumat bazasından sənəd ;
C) Bir illik təhsil haqqını göstərən, tələbə statusu təsdiqləyən ali təhsil müəssisəsindən arayış;
D) Ali təhsil müəssisəsi tərəfindən semestrdə verilən fənlər və qiymətləndirmələr üzrə verilən akademik müvəffəqiyyət dərəcəsi / çıxarış (birinci semestr tələbələri istisna olmaqla);
E) Motivasiya məktubu (150 sözdən çox olmamalıdır);
F) Ali təhsil müəssisəsindən tövsiyə (birinci semestr tələbələri istisna olmaqla);

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri