1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
14 
Sen
2020
11:57
868

100 nəfərlik toyda neçə nəfər koronavirusa yoluxdu ? - AÇIQLAMA

"Qori və Axmeta bələdiyyəsinin Mafan kəndində vətəndaşların yoluxma səbəbi 5 sentyabr tarixində Qoridə 100 nəfərlik baş tutan toydur".

İnterPress.ge xəbər verir ki, bu haqda yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaianın açıqlama verib.

M. Ezuqbaia vətəndaşları bir daha tövsüyyələrə riayət etməyə çağırıb.

"Əhaliyə bir daha müraciət edirəm ki, izdihamlı yığıncaqlardan çəkinsinlər və verilmiş tövsiyyələrə riayət etsinlər. Əks halda vəziyyət daha da çətinləşəcək.
Bundan əlavə Azad universitetin virusa yoluxan tələbəsinin yoluxma mənbəyi müəyyənləşdirilib. Kaxeti məktəblərinin birində baş verən yoluxma hallarına gəlincə, şagirdlər yoluxmayıb, təmas müəllimlər arasında olub.

"Azad universitetdə və Kaxeti məktəblərinin birində yoluxma hadisəsi baş vermişdi. Tələbənin təmasları müəyyən olunub və tədqiqatlar aparılır. Kaxeti məktəbinə gəlincə isə yaxşı ki, bu hal təhsil tədris ilinin başlaması müddətində olmayıb və şagirdlər yoluxmayıb. Yoluxma müəllimlər arasında toxunmadan irəli gələrək baş verib. Vəziyyət hal-hazırda idarəolunur" dedi Ezuqbaia

Onun sözlərinə görə, ölkədə koronavirusun aradan qaldırılması məqsədilə önəmli addımlar atılır və ümid edir ki, mövcud vəziyyət tezliklə yaxşılığa doğru irəliləyəcək.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri