1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
08 
Sen
2020
10:54
1008

Gürcüstanda maskadan istifadə etməyən neçə nəfər carimələndi - AÇIQLAMA

12 iyundan 31 avqusta qədər 9884 maskadan istifadə etmə qaydalarının pozulması halı qeydə alınıb.

İnterPress.ge xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu müddətdə maska taxma qaydalarını pozduqlarına görə 5107 fiziki şəxs və bir hüquqi şəxs cərimələnib.

Eyni məlumata görə, 4776 fikizi şəxsə xəbərdarlıq verildi.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bu statistika ilkin məlumatlardır.

Xatırlatmaq istəyirik ki, pandemiya və ya epidemiya zamanı qapalı ictimai məkanda maska taxma qaydalarını pozmaq fiziki şəxs üçün 20 lari məbləğində cərimədir. Eyni zamanda, ictimai nəqliyyat və taksi ilə səyahət edərkən maska taxmaq məcburiyyətə çevrildi. Bu qaydanı pozan şəxs, istər sərnişin, istərsə də sürücü, 20 lari cərimələnəcəkdir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri