1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
07 
Sen
2020
12:28
433

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı

"Koronavirusun təsdiqlənmiş 34 yeni halından 2-nin yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır".

İnterPress.ge xəbər verir ki, bu haqda Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun sözlərinə görə, sağalanların say faizi 78%-i təşkil edir.

"Son 24 saat ərzində koronavirusun təsdiqlənmiş 34 yeni halı qeydə alınıb və virusdaşıyıcılarının ümumi sayı 1684 nəfəri təşkil edir. 34 yeni xəstədən 6-sı Dona klasterindəndir, 15 xəstə virusdaşıyıcıları ilə təmasdır, 8 nəfərin Acaraya gediş-gəliş tarixçəsi var, 1-i tibb işçisidir, 2-nin isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır.

Sağlamlığına qovuşanlar 5 nəfərdir və ümumi say 1315 nəfəri təşkil edir. Onların say faizi 78 %- dir. Hal-hazırda Covid mərkəzlərdə 342 xəstə müalicə alır. Buradan 3 kritik ağır, 16-sı isə ağırdır" dedi Marina Ezuqbaia.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri