1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
03 
Sen
2020
12:48
390

Qaxaria: "Koronavirusun yoluxma halının artacağı gözlənilən idi"

"Biz maskalardan formal deyil, epidemioloqların və həkimlərin tövsiyə etdiyi kimi istifadə etməliyik və vətəndaşlarımızın, qocaların və uşaqlarımızın sağlamlığını ciddi qorumalıyıq "

İnterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri Qiorqi Qaxaria hökumət iclasında qeyd edib.

"Son iki həftə ərzində iki beynəlxalq reytinq agentliyi Gürcüstan üçün investisiya reytinqini diqqət mərkəzində saxladı və bu, əlbəttə ki, bir nailiyyətdir. Bu reytinqi qorumaq üçün vətəndaşlarla birlikdə maksimal dərəcədə hər şey etməliyik.Bunun üçün harada olmağımızdan asılı olmayaraq - Batumidə, Tiflisdə və ya digər yerlərdə epidemioloqların tövsüyyələrinə əməl etməliyik, sosial məsafəni qorumalıyıq, maskadan formal şəkildə deyil, epidemioloqların və həkimlərin tövsiyə etdiyi şəkildə istifadə etməliyik və vətəndaşlarımızın, qocaların və uşaqlarımızın sağlamlığını ciddi qorumalıyıq " dedi Q. Qaxaria

Onun bildirdiyinə görə, koronavirusun yoluxma halının artacağı gözlənilən idi.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri