1 USD =3.325 GEL 1 EUR =3.984 GEL 1 AZN =1.956 GEL 1 TRY =0.427 GEL 1 RUB =4.37 GEL
03 
Sen
2020
12:34
2887

Kvemo Bolnisi kəndinin əhalisi üçün ŞAD XƏBƏR!

Kvemo Bolnisi kəndinin əhalisi yenilənmiş su infrastrukturundan faydalanacaqdır

İnterPress.ge xəbər verir ki, bu haqda məlumatı Su təchizatı şirkəti verib.

Yeniliklər ilə tanış olaq:

*Şirkət Kvemo Bolnisi kəndindəki su təchizatı borusunun bərpası üçün tender elan edib.

*Tenderdə iştirak etmək üçün təkliflərin verilməsinin son tarixi 11 sentyabrdır. Qalib gələn şirkət, müqavilə imzalandıqdan sonra üç ay ərzində quraşdırılma və tikinti işlərini başa çatdırmalıdır.

*Layihə su paylayıcı boru kəmərləri ilə əlaqəli işləri, boru kəmərinin nasos stansiyasından Bolnisi kəndindəki paylama düyününə dəyişdirilməsini və köhnə, amortizə olunmuş boruların dəyişdirilməsini nəzərdə tutur.

Şirkətdən verilən məlumata görə, layihə başa çatdıqdan sonra Kvemo Bolnisi kəndində yaşayan 3500-ə qədər yerli sakin yenilənmiş su infrastrukturundan faydalanacaq, suyun keyfiyyəti və tədarük qrafiki yaxşılaşdırılacaq. Qeyd edilən işlərin dəyəri "200 000 00" lari məbləğində olacaqdır.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri