1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
03 
Sen
2020
12:15
243

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

"Koronavirusun təsdiqlənmiş 20 yeni halından biri tibb işçisidir, dördünün isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır"
İnterPress.ge xəbər verir ki, bu haqda Yoluxucu Xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib

Onun bildirdiyinə görə, Covid mərkəzlərində koronavirus daşıyıcılarından 3 kritik ağır və 16 ağır vəziyyətdə olan xəstə var.

"Bu gün koronavirusun 20 yeni yoluxma halı qeydə alınaraq ölkə miqyası ilə koronavirusa yoluxanların sayı 1568 nəfəri təşkil etdi. Bu 20 yeni yoluxmadan 8-i virusdaşıyıcıları ilə təmas, biri tibb işçisi, 7 si daxilolmadır ki, buradan 4-ü yük avtomobili sürücüsüdür, digər 4 nün isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır.

9 nəfər sağalan xəstəmiz var. Sağalanların say faizi 81 %- dir. Covid mərkəzlərdə 262 xəstə müalicə alır. 262 xəstədən 3-nün vəziyəti kritik ağır, 16 sının vəziyyəti isə ağırdır. Qalan xəstələrin vəziyyətləri orta və orta yüngüldür" dedi M.Ezuqbaia

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri