1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
01 
Sen
2020
14:35
2095

Məktəblər onlayn tədrisə keçəcəkmi? - AÇIQLAMA

"Təhsil nazirliyi bütün ictimai məktəbləri dezinfeksiyaedici vasitələrlə, dezobaryerlərlə və termoskrininq aparatları ilə təmin edəcək"

İnterPress.ge xəbər verir ki, Təhsil və elm nazirinin müavini Ekaterine Dqebuadzenin açıqlamasına görə başqa dezinfeksiyaedici vasitələri məktəb özü alacaq və bunun üçün 140-dək məktəbin büdcəsi artırılacaq.

"Mart ayından bu yana çox işlər görüldü. Sistemin bu cür görünən islahatı heç vaxt olmayıb. İnfrastruktur istiqamətlə təhsil nazirliyi böyük işlər gördü. Qoruyucu tövsiyyələrə gəlincə məktəblərə sabunlar və başqa dezinfeksiyaedici vasitələri məktəblərin özləri alacaqlar. Məktəblərdə büdcə azlığı olduğu halda isə əlavə maliyyə artırılacaq. 140-dək məktəb, nazirliyə əlavə maliyyənin ayrılması üçün müraciət edib. Bunda başqa tədris modelini Məktəbin özü seçəcək. Məktəblərin başlayacağı tədris modeli rəngarəngdir. Məktəb tərəfindən işlənəcək tədris modeli məktəbin ehtiyaclarına, infrastrukturuna, şagirdlərin sayına uyğun olmalıdır. Qarışıq modelə keçən məktəblər təhsil nazirliyinə xəbər verməlidir" dedi Ekaterine Dqebuadze.

Qeyd edək ki, Təhsil tədris ili 15 Sentyabrda başlayacaq və hazırki mərhələdə onlayn tədrisə keçməyə ehtiyac yoxdur.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri