1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
31 
Avq
2020
12:38
4484

Pensiya alanların nəzərinə! Sabahdan etibarən yeni qayda tədbiq olunur

Gürcüstan hökuməti və “Liberty Bank”ın birgə təşəbbüsü ilə 1 sentyabr tarixindən etibarən pensiyaların verilmə qaydaları dəyişdiriləcək.

İnterPress.ge xəbər verir ki, bu haqda məlumat “Liberty Bank”ın Facebbok səhifəsində yayımlanıb.

“Liberty Bank”ın Direktoru Vasil Xodelinin verdiyi məlumata görə, təqaüdlərin verilməsi qaydalarındakı dəyişiklik hər ayın 14-ü əvəzinə, pensiya əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq, hər ayın 1-dən 14-dək, müəyyən bir tarixdə pensionerlərin hesablarına köçürülməni və sonrakı aylarda da həmin tarixdə pensiya almağa davam edilməsini nəzərdə tutur.
"Bu təşəbbüsün əsas məqsədi təqaüdlərin qeydiyyata alındığı tarixlərdə yaşlı vətəndaşların banklara axınının qarşısının alınmasıdır ki, bu da vətəndaşların bank xidmətlərindən daha da rahat və təhlükəsiz şəraitdə istifadə etmələrinə şərait yaradacaq" - dedi V.X

Qeyd edək ki, fərdi tarix www.myliberty.ge saytında, istənilən “Liberty Bank” sürətli ödəmə aparatları, 032 255 55 00 qaynar xətt və ya istənilən “Liberty Bank” xidmət mərkəzindən əldə edilə bilər.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri