1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
31 
Avq
2020
11:44
556

Gürcüstanda bu gün koronavirusa yoluxanlarla bağlı açıqlama verildi

"Koronavirusun təsdiqlənmiş 18 yeni halından 7-si virusdaşıyıcısı ilə təmas, 11-i isə daxil olmadır ki, bunlardan 2-si yük avtomobillərinin sürücüləridir".

İnterPress.ge xəbər verir ki, bu haqda Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlamasında bildirib. Onun sözlərinə görə , 220 Covid-19 xəstələrindən yalnız 2 nəfərin vəziyyəti ağırdır.

Sağlamlığına 19 xəstə qovuşaraq onların ümumi sayı 1240 nəfərə çatdı və say faizləri isə 83 %-i təşkil edir. Covid mərkəzlərdə 220 xəstə müalicə alır.

"Mərkəzimizə gəlincə isə, 18 koronavirus xəstəsi müalicə alırdı,onlardan 7-si sağalıb. Yeni koronavirus daşıyıcısı xəstə qəbul etməmişik və hal-hazırda mərkəzimizdə 11 xəstə müalicəsini davam etdirir. 1 kritik ağır və 1 ağır xəstə var, qalan xəstələrin vəziyyətləri orta və orta yüngüldür"- dedi M.E

Qeyd edək ki, Gürcüstanda bütünlükdə 1487 koronavirus daşıyıcısı var. Sağlamlığına qovuşan xəstələrin ümumi sayı 1240 nəfərdir. Karantində 5524 nəfər var. Stasionar bölmədə həkimlərin nəzarəti altında isə 221 nəfər var.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri