1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
31 
Avq
2020
10:17
1074

Valideynlərin nəzərinə! Bağçalarda bu qaydalar təsdiq olundu

"Bağçalarda oktyabrın 1-dən tədris prosesini başlayacaq və bunun üçün müvafiq protokol artıq təsdiqlənib".

İnterPress.ge xəbər verir ki,protokolda yazılan islahatlar haqqında əmək müfəttişliyi departamentinin rəhbəri Beka Peradze danışır.

Protokola əsasən valideynin uşaq bağçası binasına daxil olması qadağan edilib. Bundan başqa uşağın binadan çıxarılması ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Valideyn uşağı uşaq bağçasından götürmək üçün əvvəlcədən bağça administrasiyası ilə əlaqə saxlamalıdır və uşağı uşaq bağçasının girişinə gətirilməsini tələb etməlidir.

Beka Perazdenin sözlərinə görə, uşaq bağçalarında təlim-tədris prosesi başlamadan öncə dayələr, uşaq bağçası administrasiyasının əməkdaşları hazırlanacaq. Koronavirus əleyhinə yeni təlim proqramı tətbiq ediləcək.

"Uşaq bağçalarında qruplara bölünəcək uşaqların sayına gəlincə isə, protokola əsasən hər qrupda uşaq sayının balanslaşdırılmış üçün qrafik hazırlanmalıdır.

*Uşaq bağçasında uşaqların və administrasiya heyəti termoskrininqdən keçəcəklər.

*Valideynlərin uşaq bağçasının həyətinə deyil, binasına girişi qadağan edilir.

*Valideyn uşağı bağçadan almadan öncə uşaq bağçasının administrasiya heyəti ilə əlaqə saxlayaraq uşağı bağçanın girişinə gətirilməsini tələb etməlidir.

*Evdən uşaq bağçasına oyuncaq aparmaq qadağan edilir. Dezinfeksiyasından çətin olan oyuncaqlardan istifadə etmək qadağandır.

*Oyuncaqların yuyulması üçün müvafiq qaydalar tətbiq edilib. Beləki, oyuncaqlar 27 - 30 dərəcədə yuyulmalı, dezinfeksiya edilməli və quru yolla qurudulmalıdır.

*Uşaqların təlim prosesinə koronavirusun yayılmasının prevensiyası məqsədilə yeni oyunlar, bacarıqlar daxil edilməlidir. Bu ətrafa ziyan verməmək üçün necə asqırmaq olar, jestlərlə salamlaşmaq və s.

*Əllərin düzgün yuyulması yarışları keçirilməli, dezinfeksiya və yataq dəstələrinin idarəsi standartları tətbiq edilməlidir.

*Daxili əmr ilə uşaqların sinif otaqlarında oturma prosedurları həyata keçirilməlidir.

*Qabların əl ilə yuyulması halında gigiyena normaları qorunacaq, qabyuyan maşınla yuyulduğu halında isə qurğu 65 dərəcədə qurulmalıdır"- dedi Beka Peradze.

Bunlardan əlavə, əgər uşaq bağçasında uşaqda və ya administrasiya heyətində yüksək hərarət müşahidə olunarsa, bu zaman şəxs xüsusi ayrılmış izolyasiya otağına yerləşdirilməli və lazımi prosedurlar aparılmalıdır.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri