1 USD =3.325 GEL 1 EUR =3.984 GEL 1 AZN =1.956 GEL 1 TRY =0.427 GEL 1 RUB =4.37 GEL
26 
Avq
2020
14:23
1611

Zaur Darğallı: "40 tələbənin yol haqqı ödəniləcək"

"Mən mer olduğum vaxtda gənclər strategiyası üzərində işləməyə başladıq. Bir neçə gün bundan əvvəl gənclərlə görüşüm oldu. Tbilisi istiqamətində minimum 40 tələbənin yol haqqını ödəyəcəyik. Həmçinin, konkurs çərçivəsində öz layihələrini təqdim edən 17 gəncin layihəsini maliyyələşdirməyi düşünürük".

Bu haqda Marneuli meri Zaur Darğallı İnterPress.ge-yə verdiyi müsahibəsində bildirib.

"Konkret dəstək və yardım programlarımız var. Biz əlimizdən gələni edəcəyik ki, gənclər üçün ayrılan vəsaitin həcmi də artsın. Qeyd etmək istəyirəm ki, məqsədlərimdən biri də odur ki, Azərbaycanlı gənclər Gürcüstan hakimiyyətinin idarəçiliyində geniş yer alsınlar və bunun üçün biz, konkret nümunə yaratmalı, dəstək olmalıyıq" - dedi Zaur Darğallı

Mer qeyd etdi ki, gənclərin öz icmalarında aktivləşməkləri üçün planları var.

"Mənim parlamentə getməkdə məqsədlərimdən biri də odur ki, biz, bir keçid dövrünə girək, hansı ki, Gürcüstan hakimiyyəti görsün ki, Gürcüstanda yaşayan Azərbaycanlı gənclər idarəçilikə iştirak etmək üçün həm dil, həm də mədəniyyət baxımından hazırdırlar. Hər kəs bilməlidir ki, gənclərimiz, həm ölkə daxilində, həm də ölkə xaricində ölkəni təmsil etməyə hazırdırlar. Mən düşünürəm ki, öz cəmiyyətimizi təmsil etmək böyük bir missiyadır. Biz hər şeyi bacara bilərik,necə ki, mən öz merliyim vaxtı Gürcüstanda ən aktiv merlərdən biri seçildim."- Z.D söhbəti zamanı bildirdi

Zaur Darğallının sözlərinə görə, Gürcüstanda yaşayan Azərbaycanlılar, öz vətənində dövləti idarə etməkdə tam hüquqlu şəkildə iştirak etməyə hazırdırlar.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri