1 USD =3.325 GEL 1 EUR =3.984 GEL 1 AZN =1.956 GEL 1 TRY =0.427 GEL 1 RUB =4.37 GEL
26 
Avq
2020
12:43
1393

Bu günə kimi Sadaxlıda hansı işlər həyata keçirilib - Zaur Darğallıdan açıqlama

"1 il ərzində bizim Sadaxlı ərazi vahidliyində gördüyümüz işlər genişdir".

Bu haqda məlumatı İnterPress.ge-yə Marneuli meri Zaur Darğallı verdi.

"Sadaxlı, mərkəzi yol problemi olan kəndlərdən biri idi və biz, bu gün bu problemi aradan qaldırmışıq. Sadaxlı ilə yanaşı, Xuldərə, Mollaoğlu, Burma və Təzəkəndin yolu da yararsız vəziyyətdə idi. Mənim təşəbbüsümlə, biz,bu il Mollaoğlu mərkəzi yolunun təmirinin bir hissəsini başa çatdırmışıq və gələn il isə bu işi tamamilə sona çatdıracağıq.

Xuldərə kənd yolunun problemi aradan qaldırıldı və biz isə bu yolu "Tarixi Yol" adlandırırıq. Çünki orada heç vaxt yol olmamışdı. Həmçinin, Təzəkənd və Burma kəndlərinin tenderini elən etmişik və bu istiqamətdə demək olar ki, 1 Milyon lari ayrıldı. Yaxın zamanda yolun təmir işlərinə başlamaqla yanaşı, elə həmin kəndlərdə su problemi də öz həllini tapacaq"- dedi Marneuli meri Z.Darğallı.

Xuldərə kəndində yeni məktəbin inşaası həyata keçirilir. Zaur Darğallı düşünür ki, bu layihə önəmlidir. Gənclərin daha keyfiyyətli yerdə təhsil almaqları vacibdir.

"Bu günə kimi gördüyümüz ən önəmli işlərdən biri də, Sadaxlının mərkəzində tikmiş olduğumuz tibbi yardım mərkəzidir və onun açılışı tezliklə baş tutacaq"- deyə Zaur Darğallı bildirdi

Qeyd edək ki, bu il Marneulinin 15 kəndində içməli su problemi,10-larla kəndin isə yol problemi aradan qaldırırldı.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri