1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
25 
Avq
2020
12:31
349

Levan Ratiani: "Şatili yol qəzasında xəsarət alan xəstələrdə müsbət dinamikamız var"

"Şatili yolundakı qəzada xəsarət alan xəstələrin sağlamlıq vəziyyəti yaxşılaşmışdır".

İnterPress.ge xəbər verir ki, bu haqda Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani danışıb.

Onun sözlərinə görə, klinikaya yerləşdirilən hər üç xəstənin sağlamlıq durumu sabitdir.

"Hər üçündə də kəskin böyrək çatışmazlığı var idi, bu anda üçü də sidik ifrazını bərpa etdi və bu da müsbət dinamikanı bir daha göstərdi. Ümid edirik ki, hər üç xəstə səylərimizlə və onların köməyi ilə sağ qalacaqlar" - dedi L.Ratiani

Xatırladaq ki, 23 avqust tarixində Duşeti bələdiyyəsinin Şatili yolunda 80 metr yüksəklikdən bir mikroavtobus düşüb. Qəza nəticəsində isə 17 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri