1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
24 
Avq
2020
14:52
3809

Gürcüstanda 11 yaşlı yeniyetmə zorakılığın qurbanı oldu

"Uşaq zorakılığın qurbanı oldu, ata psixoloji və fiziki cəhətdən zorakılıq tədbiq etdi"

İnterPress.ge xəbər verir ki, bu haqda Terjolada ölən yeniyetmənin yaxınları danışıblar.
Uşağın qohumları günahkar üçün ən ağır cəzanı tələb edirlər.

Onların sözlərinə görə , kişi uşaqlarına psixoloji zorakılıq tədbiq edirmiş və son iki gündə isə 11 yaşlı bir yeniyetmə fiziki zorakılığın qurbanı olub. O, atası tərəfindən baş verənləri danışmaması üçün otağa kilidlənmişdi.

"Dəhşətli bir adam idi. O, qızlara da təcavüz edirdi. Son iki gündə oğlunu, nə baş verdiyini danışmaması üçün otağa kilidləmişdi. 2 gün əvvəl oğlan mənə zəng etdi və atasının ona şiddət uyğuladığını dedi. Mən isə bizə gəlməsini dedim. Oğlanın cavabı belə oldu:"Xalacan,əgər sizə gəlsəm o,sizinlə də dalaşacaq".- uşağın xalası Ia Boqveradze dedi.

Zorakılıq barədə nə bildiklərini, nə etdiklərini və niyə polisi çağırmadıqlarını soruşan zaman qohumları, adamla münaqişə etdiyini və evinə gələ bilmədiklərini söylədi.

Xatırladaq ki, bir ata Terjolada oğlunu intihara aparan ittihamla həbs edilmişdi. Qohumlarından fərqli olaraq, qonşular atanın 11 yaşlı oğlu ilə yaxşı münasibət qurduğunu və zorakılıq barədə eşitmədiyini söyləyirlər.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri