1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
24 
Avq
2020
11:29
606

DİN qəza ilə bağlı bəyanat yayır

"Jinvali - Barisaxo - Şatili yolunun 64cü kilometrliyində yol qəzası nəticəsində mikroavtobus 80 metr hündürlükdən aşıb. Qəza nəticəsində 17 nəfər ölüb 3 nəfər ağır yaralanıb.

İnterPress.ge xəbər verir ki,bu haqda Daxili İşlər Nazirliyi Şatilidə baş verən yol qəzası ilə bağlı bəyanat yayır.

Qurumdan bildirilir ki, Duşeti bələdiyyəsində hadisə ilə əlaqəli müvafiq tədbirlər xilasedicilər tərəfindən Daxili İşlər Nazirinin müavini və fövqəladə halların idarəsi agentliyinin rəhbərinin rəhbərliyi ilə həyata keçirildi.

Hadisə yerində Daxili İşlər nazirinin müavininin İoseb Çelidzenin və fövqəladə halların idarəsi xidmətinin rəhbərinin Temur Mğebrişvilinin rəhbərliyi ilə xilasedicilər tərəfindən müvafiq addımlar atıldı.

Daxili İşlər Nazirliyinin müvafiq bölmələri polis və kriminal bölmənin ekipajı, xilasedicilər, yanğınsöndürənlər və eləcədə təcili tibbi yardım briqadası hadisə yerinə səfərbər olunmuşdu.

Müvafiq tədbirlər çətin coğrafi relyefə və meteoroloji şərtlərə baxmayaraq kəsintisiz həyata keçirildi.

Məlumata görə, hadisə nəticəsində 17 nəfər həyatını itirib 3 vətəndaş isə ağır yaralanıb. Xəsarət alanlar artıq təhlükəsiz çıxarılıblar v xəstəxanaya yerləşdiriliblər.

İstintaq, Gürcüstan cinayət Məcəlləsinin 276 cı maddəsi ilə başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri