1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
14 
Avq
2020
10:47
395

Mestiyada son vəziyyət

"Mestiya bələdiyyəsində vəziyyət nəzarət altındadır və panikaya heç bir səs yoxdur".


İnterPress.ge xəbər verir ki, bu haqqda Xəstəliklərə Nəzarət Üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze danışıb.


Bununla bərabər, Amiran Qamğrelidze, Mestiyada kiçik epidemioloji partlayışın tez zamanda sonlandıracağına ümid edir.

"Baxmayaraq ki, bir icmada,bir kəntdə 32 koronavirus halı qeydə alınıb, vəziyyət tamamilə nəzarət altındadır və panikaya heç bir səbəb yoxdur. Hökumət epidemioloqlara aktiv yardım edirlər. Əhalinin testlər üçün evlərindən çıxmaları təşkilatçılıqla baş tutur. Düşünürəm ki, bu kiçik epidemioloji partlayış tez zamanda söndürüləcək"- dedi Amiran Qamğrelidze.

Bununla bərabər, Amiran Qamğrelidzenin açıqlamasına görə, karantin müddəti bitən şəxslərin təkrar testdən keçmələri üçün əlavə briqada səfərbər olunacaq.

"Mestiya bələdiyyəsində 300 - dək insan karantinə alınıb. Onların 12 günlük karantin günlərinin nə vaxt bitəcəyi planını hazırladıq. Hamı testdən keçdikdən sonra karantini tərk edəcək. Bunun üçün briqadaları səfərbərliyi baş tutur " dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri