1 USD =3.325 GEL 1 EUR =3.984 GEL 1 AZN =1.956 GEL 1 TRY =0.427 GEL 1 RUB =4.37 GEL
13 
Avq
2020
11:17
967

Zaur Darğallı:"Marneuli gəncləri ilə fəxr edirəm!"

"Bu cür tədbirlərin həyata keçirilməsi dəvam edəcək. Gənclər bizim gələcəyimizdir!"

Bu sözləri İnterPress.ge-yə Marneuli merinin müşaviri Adil Alioğlu dünən Marneulidə keçirilən beynəlxalq gənclər günü ilə bağlı deyib.

"Bildiyimiz kimi dünən beynəlxalq gənclər günü idi və biz isə düşündük ki, belə bir tədbir keçirək. Bu günə kimi Marneulinin əksər məktəblərində olmuşuq və qarşılıqlı olaraq gələcək planlarımız haqqında danışmışıq. Gənclər bəzən ixtisas seçimi zamanı sevmədikləri ixtisası, haqqında bilmədikləri universiteti seçirlər. Bizim tədbirimiz isə sırf bunun üçün idi - Gənclər məlumatlansın, sevdikləri universitet və ixtisası seçsinlər. Onları düzgün yönləndirmək bizim borcumuzdur", - deyə A. Əlioğlu bildirib.

Tədbirdə çıxış edən Marneuli meri Zaur darğallı bu tədbiri yüksək qiymətləndirib və Marneuli gəncləri ilə fəxr etdiyini bildirib.

Aytəkin Qurbanova abituriyentdir və o, dünənki tədbir haqqında belə deyir: "Ağlımda olan sualların cavabını tapdım və ən əsası isə seçəcəyim fakulteti daha yaxından tanıdım. Dünən həyata keçirilən görüş mənim üçün böyük motivasiya idi."

Qeyd edək ki, tədbirdə 100-dən çox gənc iştirak etdi. Ümumilikdə isə hər il Marneulidən 600 nəfərdən çox abituriyent qəbul imtahanında iştirak edir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri